ENNA MMC

Məşhur alman brendi Krones avadanlığı ilə təchiz olunmuş “ENNA” istehsal fabriki 2022-ci ildə fəaliyyətə başlamışdır. Müasir texnoloji avadanlıqlarla təchiz olunmuş istehsal xətti ildə 250 milyon banka içki istehsal etmək qabiliyyətinə malikdir. Qafqazda ən böyük istehsal gücünə malik zavod yerləşdiyi əlverişli coğrafi mövqeyi ilə yerli və xarici bazara geniş çeşiddə məhsul təqdim etməyi hədəfləyir. Məqsədimiz istehsalçısı olduğumuz məhsulların keyfiyyətinin və müştəri məmnuniyyətinin hər zaman ən yüksək səviyyədə qalmasını təmin etməkdir.
Almaniya brendi KRONES
ENNA MMC istehsalat xətti alman firması KRONES AG-nin ən müasir və avropa standartlarına cavab verən avadanlıqları ilə təchiz olunmuşdur. İçki istehsala başladıqdan müştəriyə qədər əl dəymədən təmassız istehsal edilir. Bu, regionda ən böyük istehsal gücünə sahib sistemdir. Xəttin istehsal gücü saatda 40000 banka təşkil edir. İstehsalat zamanı boş bankalar paletlərdə KRONES AG avadanlığına avtokar vasitəsilə yüklənir və əl ilə təmas etmədən dolu şəkildə anbara göndərilir.
haqqımızda haqqımızda haqqımızda haqqımızda haqqımızda haqqımızda
ENNA innovativ vizyonu və istehlakçı yönümlü missiyası ilə ən yaxın zamanda beynəlxalq arenada satışı hədəfləyir.
Vizyon

Fəaliyyət göstərdiyimiz içki sektorunda innovativ şirkət olmaq üçün qət etdiyimiz bu uzun yolda məhsul portfelimizdəki yeniliklərə böyük əhəmiyyət veririk. Biz hər zaman məsuliyyətimizin fərqindəyik, şəffaf və korporativ olmağa diqqət yetirərək, çıxdığımız yolda hər bir inkişafı, tendensiyanı dəqiqliklə izləyib, dəyərləri innovativ şəkildə idarə etmək məsuliyyəti ilə yolumuza davam edəcəyik.

Missiya

Əsas məqsədlərimizdən biri müştəri və istehlakçı məmnuniyyətini təmin etmək və onlara ən keyfiyyətli içkilər təqdim etməkdir. Bunun üçün hamımız daxil olduğumuz zəncirin, hər bir halqasında dəyər yaradaraq şirkət məqsədlərinə çatmaq üçün çalışırıq. Biz insanlara dəyər veririk. Hörmətli, peşəkar komanda ruhu ilə işlədiyimiz üçün məhsul və xidmət keyfiyyətində heç bir məhdudiyyət tanımırıq.

Marka siyasətimiz

Xammalın istehsal ərazimizə daxil olmasından məhsulun hazır halda daşınmasına qədər bütün mərhələlərdə qida təhlükəsizliyi üçün nüansları müəyyən edir, onların uçotunu aparır və nəzarətə götürürük. Beləliklə, biz istehlakçılara insan sağlamlığına təhlükə yaratmayan məhsullar təklif edirik.

məhsullar məhsullar məhsullar məhsullar məhsullar məhsullar
yeniliklər yeniliklər yeniliklər yeniliklər yeniliklər yeniliklər
Məhsullarımız haqqında ən son xəbərlər
əlaqə əlaqə əlaqə əlaqə əlaqə əlaqə əlaqə əlaqə əlaqə əlaqə

Enna

Azərbaycan 20, АZ7000, Naxçıvan, Azərbaycan Telefon Nömrəsi: +994365441315
Qaynar xətt *1995
Başa dön Başa dön
Yana sürüşdürün